

Qadının gücü, zərifliyi və əsaləti üçün yaradılıb
Nargis tərəfindən Bayatı-Şiraz muğamından ilham alınaraq yaradılan, qadının zərifliyini və füsunkarlığını yaşadan brend.
Missiya
Xanımlığın, cəsarətin, əsalətin və zərafətin harmoniyasını hər məhsulda hiss etdirmək.
Vizyon
Milliliyin notları ilə dünya kosmetika trendlərini bir araya gətirərək hər qadının öz gözəlliyini kəşf etməsinə ilham vermək.
Bayaty Shiraz brendi Nargis tərəfindən öz zərifliyini, füsunkarlığını Azərbaycanın məşhur muğamı "Bayatı-Şiraz"dan təsirlənərək yaradılıb və xanımlığı, cəsarəti, əsaləti, zərafəti təcəssüm etdirir.
Bu yolda Bayaty Shiraz yalnız gözəlliyi deyil, həm də dəyərləri təbliğ edir; hər bir məhsulda incə zövq, keyfiyyət və mənəvi dərinlik hiss olunur və hər bir xanım zərif bir ilham mənbəyi kimi qəbul edilir.
Brend, Azərbaycanın mədəni ruhunu müasir estetik baxışla birləşdirərək, hər bir qadının özünə inamını və təbii gözəlliyini ön plana çıxarmağı qarşısına məqsəd qoyur; bu, sadəcə kosmetika deyil — zövq, dəyərlər və zərifliyin vəhdətidir.
Milli ruh
Kalagayı motivləri və muğam melodiyaları ilə formalaşan vizual dil.
Zərif birlik
Feminine güc və incəlik bir arada təqdim olunur.
Dəyərlərin təbliği
Hər məhsulda keyfiyyət, mənəvi dərinlik və orijinal brendlərin birlikdə təqdimatı.